İmişlidə yol-nəqliyyat hadisəsi olub. Bu barədə 8 noyabr tarixində APA məlumat verib.
Hadisə Hacıqabul – Horadiz – Mincivan avtomobil yolunun Qaragüvəndikli kəndindən keçən hissəsində qeydə alınıb.
“KIA” markalı avtomobil velosipedlə hərəkətdə olan 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlunu vurub.
Veslosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.