İmişlidə ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 15 sentyabr tarixində APA məlumat verib.
Sürücü Əlibəyli Səxavət Sabir oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə qarşıdan gələn sürücü İbrahimov Vüsal Qəzənfər oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə toqquşub.
Nəticədə “Hyundai Elentra”da olan sərnişin, 1955-ci il təvəllüdlü İbrahimova Zenfira Məcid qızı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.