İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisinə 15,8 milyon manat vəsait ayrılıb. Bununla bağlı 3 oktyabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Adıçəkilən yol 9 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.