"İnanıram" tamaşasının premyerası olub

“İnanıram” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşasının premyerası olub. Bu barədə İnsanoid teatrın mətbuat xidmətinə istinadən bu gün, 23 yanvar tarixində məlumat verir.

Yeni tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.

Bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda təkbaşına boy atmaqda olan bir ağac görən gənc arxeoloq qadın bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır…

Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.

Tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa ili” nə həsr olunan II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdirilərək ikinci yerə layiq görülüb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx