TÖVSİYƏ XƏBƏRLƏR

İndoneziya şirkətləri azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlıqda maraqlıdır

İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində yaradılan sənaye parklarında həyata keçiriləcək layihələrdə əməkdaşlıqda maraqlıdır. Bu barədə 16 iyul tarixində İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevlə görüşdə bildirib.

Səfirin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. İndoneziya şirkətləri tikinti materiallarının istehsalı və tekstil sahələri üzrə layihələrdə əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması və sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları müzakirə edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx