İndoneziyanın Dövlət Poçt Şirkəti Ağdam rayonu ilə bağlı poçt markasını dövriyyəyə buraxıb.
Bu barədə İnsanoid Azərbaycanın İndoneziyadakı Səfirliyinə istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Səfirliyin “X” sosial şəbəkəsindəki hesabında deyilir ki, markanın üzərində İndoneziya dilində “Ağdam Qafqazın Xirosimasıdır” yazılıb.