Çinli kinorejissorlar Qarabağda film çəkirlər

Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli film çəkilişinə başlayıb. Çəkiliş qrupu Şuşa, Zəngilan, Füzuli və Ağdama səfər edib. Bu barədə 25 avqust tarixində APA məlumat verib.

Filmdə Qarabağın tarixi memarlıq abidələri, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi öz əksini tapacaq.

Filmdə həmçinin 44 günlük Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin apardığı tikinti işləri barəsində məlumat veriləcək.

Sənədli film Çinin SETV kanalında və bəzi sosial şəbəkələrdə yayımlanacaq.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Çinli kinorejissorlar Qarabağda film çəkirlər”

Tövsiyə xəbərlər