Bakıda qadın metro stansiyasının yaxınlığında bıçaqlanıb. Bu barədə 29 avqust tarixində Report məlumat verib.
Hadisə bu gün Yasamal rayonunda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb. Cinayət əməlini törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.