“İnstagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdə 6 kiloqram heroin aşkar edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş 24 yaşlı Azad Əliyev, 27 yaşlı Seymur Məmmədov və 25 yaşlı Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə “instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.