Hər bir Azərbaycan vətandaşı 18 yaşına çatdıqda və rəsmi gəliri olduqda ipoteka kreditindən yararlana bilər. Fondun xətti ilə verilən ipoteka kreditinin iki növü var: adi və güzəştli. Hər iki növ üzrə son ödəniş tarixinə yaş həddi 65 yaşdır.
İpoteka kreditinin şərtləri aşağdakı cədvəldə qeyd edilib:
Adi şərtlər | Güzəştli şərtlər | |
İllik faiz dərəcəsi | 8% | 4% |
İlkin ödəniş | 15-30% | 10-30% |
Maksimal müddət | 25 il | 30 il |
Maksimal məbləğ | 150 000 manat | 100 000 manat |
İpoteka krediti əldə etmək istəyən şəxs ilkin ödəniş etməlidir. 2013-cü ildən sonra inşasına başlanılmış çoxmənzilli binalardan məzlil alarkən illik ödəniş faizi adi ipoteka kreditləri üzrə minimum 15%, güzəştli ipoteka kreditləri üzrə isə 10%-dır. Fərdi yaşayış evləri, bağ evləri və 1970-ci ildən 2013-cü ilədək inşa edilmiş çoxmənzilli binalardan məzil alarkən ilkin ödəniş faizi 30% təşkil edir.
İlk növbədə ipoteka əldə etmək üçün vətandaş asan və ya elektron imza almalıdır. Həmin şəxs imza vasitəsi ilə www.e-gov.az saytında elektron kabinet yaratdıqdan sonra müvəkkil bankların birinə elektron müraciət göndərməlidir. Bank tərəfindən kreditin ayrılmasına razılıq verildikdən sonra vətandaşa mənzil axtarmaq üçün 45 gün vaxt verilir. İpoteka alan şəxs ilkin ödəniş məbləğini bankda açdığı hesaba yatırmalıdır. Daha sonra vətəndaş bankın nümayəndəsi ilə birlikdə notariusda alqı-satqı və ipoteka müqaviləsi bağlamalıdır. Ən son mərhələdə vətəndaş əmlakını və həyatını sığortalamalıdır.
Vətandaşa ayrılan ipoteka məbləğini İpoteka və Kredit Zəmanət Fondunun saytındakı kalkulyator vasitəsi ilə hesablamaq mümkündür.
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 35 min borcalana 1,879 miyard manatdan çox ipoteka krediti verib.