TÖVSİYƏ XƏBƏRLƏR

İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək

Mayın 26-sı saat 10:00-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İsmayıllı şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti, 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Nazirlik məlumat verib.

Qəbula gəlmək istəyənlər qurumun rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx