TÖVSİYƏ XƏBƏRLƏR

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, 2 nəfər saxlanılıb

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 nəfər saxlanılıb.

Bu barədə 31 mart tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.

Araşdırma zamanı saxlanılan şəxslərin 1992-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan Respublikası vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx