TÖVSİYƏ XƏBƏRLƏR

İran Naxçıvanla sərhədinə hərbi texnika yığır

İran Azərbaycanla sərhədə zirehli texnika yığır. Bu barədə İnsanoid AzFront-a istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.

İran teleqram kanalları Azərbaycan və Ermənistanla sərhəddə – Araz çayı üzərində helikopterin uçduğu  videonu yayıb. Görüntülərdə İran ərazisindən sərhədə doğru hərəkət etdiyi iddia edilən hərbi texnika aydın şəkildə görünür.

Görüntülərlə birgə açıqlama da yayılıb:

“İran açıq şəkildə bəyan edib ki, İslam Respublikası region ölkələrinin sərhədlərinin dəyişdirilməsi cəhdinin qarşısını alacaq. Araz çayı İranın Ermənistan və Bakı Respublikası ilə ümumi sərhədində yerləşir və həmin gorüntü bu çayın şimalındakı ölkələr üçün açıq xəbərdarlıqdır”.

Bir neçə saat sonra IRGC teleqram kanallarının ən böyüyü olan “Sepah Cybery” İranın zirehli texnikasının bir hissəsini Ermənistanın Sünik rayonu ilə sərhədinə köçürdüyü barədə məlumat yayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx