Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqda danışıblar.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.