TÖVSİYƏ XƏBƏRLƏR

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bu haqda 24 mart tarixində Report məlumat verib.

Yeraltı təkanlar Muxtar Respublikada 3-4 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, təbiət hadisəsi İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx