İrandan Azərbaycana 18 kiloqram 710 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə 20 noyabr tarixində Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabr ayının 17-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3 607 ədəd Metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.