İrandan Azərbaycana 6 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid 13 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.