TÖVSİYƏ XƏBƏRLƏR

İrandan Azərbaycana narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıblar

İrandan Azərbaycana narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıblar. Bu barədə 1 sentyabr tarixində Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Avqustun 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Füzuli rayon sakinləri – 41 yaşlı Surxay Mamedov və 32 yaşlı Məhəmməd Məmmədov sərhəd pozucuları qismində saxlanılıblar.

Onların üzərindən ümumi çəkisi 14 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx