TÖVSİYƏ XƏBƏRLƏR

İranın Baş prokuroru Azərbaycana gəlib

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə səfərə gəlib. Bu barədə 14 sentyabr tarixində Baş Prokurorluq məlumat verib.

Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlaması bu istiqamətdə mühüm addım kimi qiymətləndirilib.

Mohammad Kazem Movahedi-Azad səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.

Həmçinin İranda məhkum edilən Azərbaycanın vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.

Görüşdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak ediblər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx