TÖVSİYƏ XƏBƏRLƏR

İrpendəki Zərifə Əliyeva adına liseyə Azərbaycan dili dərslikləri təhvil verilib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Azərbaycan dili dərsliklərinin təhvil verilməsi üçün İrpen şəhərindəki Zərifə Əliyeva adına “Lingvist” liseyində olub.

Bu barədə 16 noyabr tarixində diplomat “X” hesabında paylaşım edib.

S.Mərdəliyev bildirib ki, lisey Ukraynada Azərbaycan dilini tədris edən ilk məktəbdir: “Liseydə 3-11-ci siniflər təhsil alacaq. Bu, Azərbaycan-Ukrayna əməkdaşlığında mühüm mərhələdir”.