TÖVSİYƏ XƏBƏRLƏR

Şirvan: işıq dirəklərini oğurlayan sakin saxlanılıb

Şirvan şəhərində yerləşən istirahət parklarının birindən işıq dirəklərini oğurlayan vətəndaş saxlanılıb. Bu barədə yanvarın 31-də DİN məlumat yayıb.

O, Kommunal Kombinat Müəssisəsinin balansında olan 5 işıq dirəyini oğurlayıb. Bununla da, müəssisəyə 2 880 manat maddi ziyan vurub.

Saxlanılan şəxsin əvvəllər də məhkum olunması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.