İş yerlərində ölüm halları parlamentin diqqət mərkəzində

İş yerlərində ölüm halları parlamentin diqqət mərkəzində

Parlamentdə iş yerlərində ölüm hallarının olması məsələsi qaldırılıb. Bu barədə Report 23 yanvar tarixində məlumat verib.

“Əməyin mühafizəsi və əmək münasibətləri məsələləri komitənin əsas hədəfləri arasındadır. Buna da ciddi fikir verməliyik”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

“Çünki Prezidentin Sərəncamı ilə yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir. Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə, qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar” – M.Quliyev əlavə edib.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx