TÖVSİYƏ XƏBƏRLƏR

İşaxtaranların nəzərinə: Salyan və Gəncədə əmək yarmarkası keçiriləcək

Salyan və Gəncədə əmək yarmarkası keçiriləcək. Bu haqda 25 avqust tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.

“Socar Petroleum” QSC elektrik montyoru, yanacaqdoldurma operatoru, fəhlə, mühasib xəzinədar vəzifələri üzrə, “Baku Electronics” MMC isə satış məsləhətçisi, fəhlə və anbardar köməkçisi vəzifələri üzrə vakansiyalar təqdim edəcək.

Salyandakı yarmarka 27 avqust saat 10:00-17:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Gəncədəki yarmarka isə 29 avqust saat 11:00-16:00-da Baku Electronics MMC-nin Gəncə filialının inzibati binasında keçiriləcək. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir, CV nümunəsi ilə birlikdə gəlmələri isə arzuolunandır. CV-si olmayan şəxslər www.cvyarat.az platformasından istfadə edə bilərlər.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
25 Avqust 2022, 23:03

Ondan İmişliyə nə.

1
0
Rəy bildirinx