TÖVSİYƏ XƏBƏRLƏR

İslamiada: Azərbaycan beşinci yerdə qərarlaşıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivindəki medalların sayı 35-ə çatıb. Bu haqda avqustun 13-də Gənclər və İdman Nazirliyi məlumat paylaşıb.

Azərbaycan yığması 9 qızıl, 12 gümüş və 14 bürünc medala sahiblənib. İdmançılar 6 növdə: güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) medallar əldə ediblər.

Nəticədə Azərbaycan ümumi sıralamada beşinci yerdə qərarlaşıb. Birinci yeri 137 medalla Türkiyə, ikinci yeri isə 56 medalla İran tutub. Özbəkistan (53) və Qazaxıstan (36) müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıb.

Yarışlara avqustun 18-də yekun vurulacaq. Azərbaycan 22 idman növü üzrə 281 idmançı ilə təmsil olunur. Oyunlarda 56 ölkədən dörd mindən artıq idmançı medallar uğrunda mübarizə aparır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx