TÖVSİYƏ XƏBƏRLƏR

İslamiada: Azərbaycan millisi üçüncü medala sahiblənib

Avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında atletikanın üçtəkanla tullanma proqramında Azərbaycan idmançısı Aleksis Kopello gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bununla da Azərbaycanın aktivindəki medalların sayı üçə çatıb.

Qeyd edək ki, bundan öncə atlet Anna Skidan çəkicatma yarışlarında qızıl medala yiyələnib, taekvondoçu Qaşım Maqomedov isə bürünc medala sahib olub.

V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Azərbaycan 22 idman növü üzrə 281 idmançı ilə təmsil olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx