TÖVSİYƏ XƏBƏRLƏR

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa edilib

İsmayıllı-Lahıc avtomobil yolunda qaya parçaları təmizlənib, hərəkət bərpa edilib.

***

10:08

İsmayıllıda leysan xarakterli yağışlar səbəbindən mayın 9-da torpaq uçqunu baş verib. Bu haqda APA xəbər paylaşıb.

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsində torpaq uçqunu olub. Həmçinin dağlardan torpaq, daş və ağacların avtomobil yoluna tökülməsi nəticəsində sözügedən yolda hərəkət məhdudlaşdırılıb.

Bununla yanaşı, yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb. Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda yolun təmizlənməsi üzrə işlər aparılır.

Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gedərkən Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələri tövsiyə olunur.

Son ay ərzində qar və yağışlara görə Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verib və yol bir neçə dəfə bağlanıb.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Emiliya
Emiliya
10 May 2022, 12:35

Heyif ki, belə gözəl yerlərə yollar təhlükəlidir((

1
0
Rəy bildirinx