İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Unikal.az 27 may tarixində xəbər verib.
İsmayıllı şəhərində hərəkətdə olan 10-SP-093 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobili yolu keçən 39 yaşlı Mətanət Həmidovanı və onun övladı, 10 yaşlı Gülay Kərimlini vurub.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.