TÖVSİYƏ XƏBƏRLƏR

Ismayıllıda avtoxuliqanlıq edən sərxoş sürücü saxlanılıb

İsmayıllıda avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi pozan sürücü saxlanılıb. Bu barədə iyunun 30-da Daxili İşlər Nazirliyinə istinadən APA məlumat yayıb.

Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub və avtoxuliqanlıq edib. Sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx