İsmayıllıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 16 sentyabr tarixində xəbər verib.
Hadisə ötən gün axşam saatlarında İsmayıllı rayonunun Quşencə kəndində qeydə alınıb.
Kənd sakini, 30 yaşlı Şəhriyar Babazadənin idarə etdiyi “Ford Tranzit” və Ruzi Məcidovun sürücüsü olduğu “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.
32 yaşlı İsmayıllı sakini Ruzi Məcidovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.