İsmayıllıda 60 yaşlı qadın intihar edib. Bu haqda 24 mart tarixində Report məlumat verib.
Rayonun Əhən kənd sakini, 60 yaşlı Zabitə Nağıyeva yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.