İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var. Bu barədə Report 18 mart tarixində xəbər verib.
Hadisə martın 18-i gecə saat 01:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi “VAZ-21011” markalı maşın toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ-21011″də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalar aparılır.