İsmayıllıda “Mersedes” markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb. Bu barədə APA 3 iyun tarixində xəbər verib.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6-cı km-də qeydə alınıb.
“Mersedes” markalı yük maşını yolun kənarında dayanan “VAZ 2107” markalı avtomobilə dəyərək, minik avtomobilinin üzərinə aşıb.
Yük maşınının sürücüsü və yanında olan sərnişin yüngül bədən xəsarətləri alıblar.
Fakt araşdırılır.