Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir neçə yerli əhəmiyyətli avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb.
Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 7 iyun tarixində məlumat verir.
İntensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
Sözügedən yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.