İsrail ordusu Qəzzada HƏMAS-nin komandirlərindən biri olan Taysir Mübaşiri məhv edib. Bu barədə İnsanoid İsrail Müdafiə Ordusuna istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Qeyd olunub ki, o, HƏMAS-nin dəniz qüvvələrinə rəhbərlik edirmiş.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib.