TÖVSİYƏ XƏBƏRLƏR

İsrail mütəxəssisləri fermerlərə 11 aylıq təcrübə proqramı keçəcək

“Caspian Agro 2022” çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən 11 aylıq aqrar təcrübə keçəcək mütəxəssislərlə görüş keçirilib. Bu barədə 19 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Məlumata əsasən, proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bildirilib ki, iştirakçılar 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər.

Qeyd olunub ki, təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx