TÖVSİYƏ XƏBƏRLƏR

İsrail ordusu Qəzza yaxınlığında HƏMAS-nin müdafiəsini yarıb

İsrail ordusu HƏMAS-nin Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb. Bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib. Bu barədə 15 noyabr tarixində Report “The Times of Israel”ə istinadən məlumat verib.

“Mən orduya həm bu gün, həm də yaxın günlərdə tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim. Biz missiyamızı tamamlayana və girovları qaytarana qədər HƏMAS-nin gizlənəcək yeri olmayacaq”, – o deyib.

Nazirin sözlərinə görə, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə – onların quru hissəsinə nəzarət edirlər.

Bu arada məlum olub ki, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raketin qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər, bundan əvvəl Eylatda hava hücumu sirenləri işə düşüb. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığı dəqiqləşdirilməyib.

Xatırladaq ki, HƏMAS ilə İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.