HƏMAS ilə müharibədə İsrailin 311 hərbçisi ölüb. Bu barədə İnsanoid BBC-yə istinadən xəbər verir.
İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari keçirdiyi brifinqdə bildirib ki, oktyabrın 28-də gecə saatlarında keçirilən əməliyyat nəticəsində İsrail Müdafiə Ordusunun 2 hərbçisi ölüb.
2006-cı ildə İkinci Livan müharibəsi nəticəsində 121 israilli hərbçi ölmüşdü.
İsrail ordusu 1973-cü ildə ərəb-İsrail müharibəsində ən böyük itkiyə məruz qalıb. Onda yəhudi dövlətinin ordusu 2 656 itki verib.