İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

Avqustun 15-dən İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətləri Bakıya uçuşlara başlayacaqlar.

Təl-Əviv – Bakı və Bakı – Təl-Əviv istiqamətlərində hava daşımaları “Arkia Airlines” tərəfindən cümə axşamı və bazar günləri,  “Israir Airlines”  bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Avqustun 18-dən etibarən “Israir Airlines” aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

AZAL Bakıdan Təl-Əvivə və geriyə həftədə iki dəfə – cümə axşamı və bazar günləri xüsusi uçuşlar həyata keçirir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx