TÖVSİYƏ XƏBƏRLƏR

İstanbulda atışma olub, bir azərbaycanlı yaralanıb

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.

Bu barədə 15 sentyabr tarixində “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıb. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.

Şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikletinə və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.

Şübhəlilərdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur. O, xəstəxanaya yerləşdirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx