İstanbulda “Böyük Fələstin Mitinqi” keçirilir. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.
On minlərlə insan İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz olaraq, İstanbul Atatürk Hava Limanında toplaşmaqla Fələstin xalqına dəstəyini nümayiş etdirir.
Mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğanın çıxış etməsi gözlənilir. Bundan əlavə, “Cümhur İttifaqı”na daxil olan siyasi partiyaların liderləri də mitinqdə iştirak edəcəklər.