İstanbuldan Bakıya qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının keçirilməsinin qarşısı alınıb. Bu barədə 23 sentyabr tarixində Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.
Bu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən hava limanında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.