TÖVSİYƏ XƏBƏRLƏR

İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız qida məhsulları məhv edilib.

Bu barədə 27 mart tarixində Agentlik məlumat yayıb.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy” MMC-yə məxsus 7 adda 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx