TÖVSİYƏ XƏBƏRLƏR

İsveç millisi bu tarixdə Bakıda açıq məşq keçirəcək

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunundan əvvəl mətbuat konfranslarının vaxtı bəlli olub. Bu barədə İnsanoid AFFA-nın rəsmi saytına istinadən bu gün, 14 noyabr tarixində xəbər verir.

Saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq məşqi gerçəkləşəcək.

Noyabrın 16-da gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da start götürəcək.