TÖVSİYƏ XƏBƏRLƏR

Kəlbəcər istiqamətində yerləşən mövqelər atəşə tutulub

Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri Ermənistan bölmələri tərəfindən avqustun 26-da saat 02:25-dən 03:40-dək fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan əsgərləri arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşilə susdurulub.