“Kəlbəcər” neftdaşıyan tankeri istismara verilib

Sentyabrın 10-da Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

Tankerin tikintisinə 2 il əvvəl başlanılıb. Prezident təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb. Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Yükgötürmə qabiliyyəti 7 800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.

Tankerin texniki göstəriciləri maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşınmasına imkan yaradır.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on ““Kəlbəcər” neftdaşıyan tankeri istismara verilib”

Tövsiyə xəbərlər