Kəlbəcər, Sədərək, Gədəbəy və Daşkəsəndə mövqələr atəşə tutulub

Azərbaycan ordusunun mövqeləri avqustun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən saat 14:50-dən 00:00-dək Vedi, Basarkeçər və Çəmbərək rayonlarından atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş zamanı Azərbaycanın Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri hədəfə alınıb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Daha öncə, Avqustun 2-də Azərbaycan ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində mövqeləri atəşə tutulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx