Kəlbəcər sakinləri ilk dəfə doğma şəhərlərinə yola düşüblər

Kəlbəcər sakinləri ilk dəfə doğma şəhərlərinə yola düşüblər. Bu barədə Report sentyabrın 2-də məlumat yayıb.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yola düşüblər.

Səfər çərçivəsində onlar Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcəklər. Sakinlər həmçinin “Tunel qətliamı” və Başlıbel faciəsinin baş verdiyi ərazilərə gedəcəklər.

Bundan əvvəl, avqustun 26-da Şuşa və Laçın sakinləri 29 il sonra doğma yurdlarına səfər ediblər. Onlara öz doğma şəhərlərində olan evlərini görmək və yaxınlarının məzarlarını ziyarət etmək üçün şərait yaradılmışdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Kəlbəcər sakinləri ilk dəfə doğma şəhərlərinə yola düşüblər”

Tövsiyə xəbərlər