TÖVSİYƏ XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi: cari ildə 48 minə yaxın nəqliyyat vasitəsi texniki baxışdan keçib

Cari ilin əvvəlindən dekabrın 20-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən 47 min 652 ədəd nəqliyyat vasitəsi dövlət texniki baxışdan keçib. Bu barədə məlumat 23 dekabr tarixində Nazirliyin rəsmi səhifəsində yerləşdirilib.

Qeyd olunan müddət aralığında 7 102 ədəd  nəqliyyat vasitələri ilkin, 9 093 ədədi isə təkrar dövlət qeydiyyatına alınıb, 1379 ədəd nəqliyyat vasitələri uçotdan çıxarılıb. Həmçinin 4 486 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib. Eyni zamanda 1 600 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilib.

Qeyd edək ki, mexaniki nəqliyyat vasitələri əldə olunduğu vaxtdan 10 gün ərzində dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan və müəyyən edilmiş vaxtda dövlət texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır.