Qəza avqustun 14-də Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, minik maşınında olanlar bir ailənin üzvləridir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.