Son günlər Azərbaycanın əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsi 1 metrdən çox aşağı düşüb. Bu barədə Report sentyabrın 14-də məlumat yayıb.
Bu, xüsusilə çay yatağının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində müşahidə olunur.
Problemin aradan qaldırılması üçün sentyabrın 8-dən 10-dək Kürün 5 rayon ərazisindən keçən hissəsində su nasos stansiyalarının işi müvəqqəti olaraq dayandırılıb. Nəticədə çayda suyun səviyyəsi 1,47 metr artıb. Neftçala ərazisində isə Kürə qarışan dəniz suyu qismən geri çəkilib.
Sakinlərin sözlərinə görə, çayda axın yoxdur və bu səbəbdən təsərrüfat sahələrinin suvarılması üçün su qıtlığı yaranıb.
Mütəxəssislər hesab edirlər ki, Kür çayında bu vəziyyət davam edərsə, gələcəkdə ekoloji fəlakət yaşana bilər.